Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı faciəsinin şahidləri o dəhşətli gecədən danışdılar

23.02.2022 [14:26]

Xəbərin mətni

Ailədə 4 bacı, 3 qardaş olan Xumar Səlimova orta təhsilini doğma Xocalıda alıb. Hacı Zeynalabdin Tağıyev adına Maliyyə-Kredit Texnikumunun Xocalı filialının tələbəsi olan gənc qızın tələbəçilik arzuları erməni vəhşiliyi səbəbindən ürəyində qalıb.