MƏDƏNİYYƏT


Vyanada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi və klassik konsert təşkil olunub

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbiri Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin yaxından dəstəyi ilə baş tutub.