Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçmiş məhkum “Naqan” markalı tapançanı satmaq istəyərkən saxlanılıb

24.02.2022 [14:06]

Xəbərin mətni

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə paytaxt sakini, əvvəllər məhkum edilmiş Zeytun Məmmədovda silah olması və 500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Z.Məmmədov polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində saxlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI