Azərbaycan Dövlət İnformasiya Agentliyi

Spirtli içkilərdə methanolun tətbiqi yolverilməzdir!

24.02.2022 [17:27]

Yəqin ki, çoxunuz spirtli içkilərdən zəhərlənmə və ölümlə nəticələnən məlumatlara rast gəlmisiniz. Bəs bu nə zaman baş verir? AZƏRTAC-ın bu sualını AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyasının müdiri Zaur Zalov cavablandırıb. O, buna səbəb olaraq spirtli içkilərdə yüksək miqdarda methanoldan istifadə olunduğunu söyləyib. Düzgün texnologiyaya riayət edilmədən bəsit üsulla hazırlanan belə məhsullar laborator sınağından keçdiyi prosesi sizlərə təqdim edirik. Qeyd edək ki, aparılan analizlər nəticəsində aşkara çıxan bu qüsurlu nümunələr protokollaşdırılaraq lazimi qürumlar tərəfindən dövriyyədən kənarlaşdırılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI