Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəzi dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

24.02.2022 [17:33]

Azərbaycanda fevralın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, gündüz çiskin olacaq.