Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaradağ rayonu Ümid qəsəbəsində evlərdən oğurluq edən qadın saxlanılıb

25.02.2022 [16:04]

Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək evdən 1000 manat pul və dəyəri 600 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən Ümid qəsəbəsində yaşayan daha 2 sakinin ərizəsi Polis İdarəsində qeydə alınıb. Onlar da evlərindən ümumilikdə 4000 manata yaxın qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI