Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəsti Bağırova küçəsi müasir şəhərsalma qaydalarına uyğun təmir edilib

25.02.2022 [16:11]

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu Bəsti Bağırova küçəsi müasir şəhərsalma qaydalarına uyğun əsaslı şəkildə təmir edilib.
Bəsti Bağırova küçəsinin uzunluğu 450 metr, eni isə hərəkət hissəsi 7 metr olmaqla 12 metr təşkil edir.
İlkin mərhələdə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət nəticəsində küçə boyu kommunikasiya xətlərinin yenilənməsi işləri icra olunub.
Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi layihəsi əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 6000 kv.m sahədə hərəkət hissədə asfaltlanma işləri icra olunub.