MƏDƏNİYYƏT


Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İtaliyada “Ağrı” tamaşası nümayiş olunub

Xocalı soyqırımının 30-cu ildönümü çərçivəsində Roma şəhərinin “Piazza Spagna” Tədbirlər Konqres Mərkəzində “Ağrı” bədii-musiqili tamaşasının nümayişi olub.
AZƏRTAC xəbər verir ki, Arye və Əmir Qutun həmmüəllifi olduqları, 2018-ci ildə İtaliyada “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən nəşr edilmiş və həmin il İtaliya Senatının Kitabxanasında təqdim olunmuş eyni adlı romanın motivləri əsasında səhnələşdirilmiş “Ağrı” tamaşasının ssenari müəllifi italyan yazıçı Klaudia Di Domenikodur. İdeya müəllifi və bədii rəhbəri tanınmış italyan musiqiçisi, maestro Pierluici Rucciero və musiqilərin müəllifi bəstəkar, pianoçu Luciano Di Ciandomeniko olan bədii-musiqili tamaşada italyan aktyorlar Edoardo Oliva və Silvia Palma, musiqiçilər Dana Stanku (skripka), Alfonso Ciankaterina (klarnet), Pierluici Rucciero (violonçel), Luciano Di Ciandomenico (piano) iştirak edib, xoreoqrafiya elementləri Katerina Ambrosio tərəfindən ifa olunub.