CƏMİYYƏT


Norveçin paytaxtı Osloda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Skandinaviya regionuna səfər çərçivəsində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) tərəfindən keçirilən tədbirdə iştirak edib.
Əvvəlcə tədbir iştirakçılarına NAYO təşkilatının fəaliyyət istiqamətləri haqqında məlumat verilib. NAYO-nun nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbində yaradılan şəraitlə tanış olan F.Muradova doğma dildə təhsil üçün istifadə olunan kitablar, habelə Xocalı faciəsi ilə bağlı guşə də təqdim edilib.