İQTİSADİYYAT


Ağsuda 250 metr beton bənd tikilib, 1100 metr kanal beton üzlüyə alınıb

Ağsu Suvarma Sistemləri İdarəsi 37070 hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması üçün 967 kilometr suvarma kanalından istifadə olunur. Bunlardan 63 kilometri beton kanallardır. Ötən il suvarma kanallarında 1100 metr betonlaşma işləri görülüb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov bildirib.