CƏMİYYƏT


Bərdə və Kürdəmirdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında Baş İdarə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bərdə rayon sakini rayon sakini Razi Süleymanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd xüsusi kustar üsulla qələm-tapança formasında hazırlanan atəş üçün yararlı odlu silah, həmin silaha məxsus 3 ədəd patron və 4 qram psixotrop maddə metamfetamin aşkar edilib.