CƏMİYYƏT


Berlində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob təşkil edilib

Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzində, Brandenburq qapıları önündə bu ölkədə fəaliyyət göstərən "Varlıq fondu" tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçirilib.
AZƏRTAC xəbər verir ki, fləşmob zamanı 613 ədəd şamdan istifadə olunmaqla Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Aksiyada ziyarətçilərə Xocalı soyqırımına dair buklet və flayerlər paylanılıb, insanlığa qarşı törədilmiş bu ağır cinayətlə bağlı ətraflı məlumat verilib.