CƏMİYYƏT


Bakıda “Korporativ ianəçilik mədəniyyətinin təşviqi” mövzusunda tədbir keçirilib

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına dəstək olmaq məqsədilə martın 1-də “Korporativ ianəçilik mədəniyyətinin təşviqi” mövzusunda tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Qarabağ Dirçəliş Fondu, “Opalus Partners Group” və “Geopro” şirkətlərinin birgə təşkilatçılığı ilə tədbirin əsas məqsədi ianə mədəniyyətini təbliğ etmək, bu mövzuda maarifləndirmə aparmaqla şirkət daxilində işçi heyətin funksional fəallığını, mədəni, mənəvi və milli dəyərlərə sadiqliyini artırmaq və Qarabağın dirçəlişi uğrunda həmrəylik göstərməyə təşviq etməkdir. Korporativ könüllülük sosial məsuliyyət elementi olaraq vaxtın maliyyə mükafatı müqabilində deyil, mütəşəkkil qruplar daxilində başqalarının xeyrinə ianə edilməsi prinsipidir.