CƏMİYYƏT


Əlilliyi yaranmış və sosial xidmətə ehtiyacı olan vətəndaşlar daim dövlətin diqqət mərkəzindədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Göygöl rayonunda yerləşən 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 1958-ci ildən fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində növbəti addım kimi, 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 2020-ci ildə yenidən qurulub və əsaslı təmir olunub. 135 nəfər üçün nəzərdə tutulan müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası üçün müasir şərait yaradılıb.