CƏMİYYƏT
Dilşad Musa: Uşaqlar bizim gələcəyimizdir və sağlam gələcəyin təməli faydalı keçən asudə vaxtlarından irəli gəlir
02.03.2022 [11:56]
Uşaqlar bizim gələcəyimizdir və sağlam gələcəyin təməli faydalı keçən asudə vaxtlarından irəli gəlir. Uşaqların asudə vaxtlarının səmərəli təşkili onların inkişafında vacib istiqamətlərdən biridir. Asudə vaxtın səmərəli təşkil edilməsi uşaqların həm fiziki, həm də psixi sağlamlığına böyük təsir edir. Bugünkü qonagimiz Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musadır. “Dəcəl Balam” MMC daxilində yaranmış Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi valideynlər və uşaqlar, onların ünsiyyətinin təkminləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması və müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir. Mərkəzdə uşaq şənlikləri, maraqlı müsabiqələr təşkil olunur, uşaqların və ailələrinin düşərgələrdə istirahətinə şərait yaradır, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün müxtəlif tipli layihələr həyata keçirilir.