CƏMİYYƏT


Astarada ötən il 18517 hektar sahədə suvarma işləri aparılıb

Astarada su təminatı ilə bağlı əkin sahələrində problemlərin yaranmaması üçün artıq ilin əvvəlindən hazırlıq işlərinə başlanılıb. Selötürücü və suötürücü kanalların, qapalı və açıq şəbəkələrin təmizlənməsi və əkinçiliklə məşğul olan əhalinin istifadəsinə verilməsi üçün işlər mütəmadi olaraq davam etdirilir.
AZƏRTAC xəbər verir ki, əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından olan Astarada 4500 hektardan çox suvarılan əkinəyararlı torpaq sahəsi var. Astara Suvarma Sistemləri İdarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün öhdəsinə düşən işləri görməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır