CƏMİYYƏT


Qusarda bir ildə 623 hektar intensiv meyvə bağları salınıb

Qusar rayonunda müasirtipli intensiv meyvə bağlarının salınmasına maraq artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 7 min hektara çatdırılıb. Bu bağların 3500 hektarında alma əkilib.
Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarılabilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qusarda 30-40 il əvvəl salınan bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar. Təkcə 2021-ci ildə rayonda 623 hektar intensiv meyvə bağları salınıb.