Viran qalmış yurd yeri - Ağdamın Şıxbabalı kəndindən görüntülər
03.03.2022 [12:08]
Xəbərin mətni
Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Şıxbabalı kəndidir.AZƏRTAC-ın bölgə müxbiri Şıxbabalı kəndinə gedərək erməni vandalizmini lentə alıb. Şıxbabalı kəndi Ağdam şəhərindən 4 kilometr cənubda, Ağdam-Füzuli avtomobil yolunun kənarında - dağ ətəyindədir.