Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Pekində Qış Paralimpiya Oyunları başlayır

04.03.2022 [10:35]

Xəbərin mətni

Bu gün Çinin paytaxtı Pekində 13-cü Qış Paralimpiya Oyunları başlayır.
AZƏRTAC “Pekin-2022” Qış Paralimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, oyunlarda 49 ölkədən təxminən 650 paralimpiyaçı iştirak edəcək. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. Ən böyük heyətlə ev sahibi Çin, habelə ABŞ və Kanada komandaları oyunlarda iştirak edir.