İDMAN


Azərbaycan Atletika Federasiyası “İdman həftəsi” çərçivəsində azarkeşlər üçün videoçarx hazırlayıb

Azərbaycan Atletika Federasiyası 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə azarkeşlərə videomüraciət ünvanlayıb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videomüraciətdə atletika üzrə tanınmış idmançılar Nazim Babayev, Yekaterina Sarıyeva, Lamiyə Vəliyeva, Əlhəm Nağıyev, İlahə Quliyeva, Elcan Cəfərov 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı fikirlərini bölüşüblər. Gənclərdə idmana, sağlam həyat tərzinə, güc və sürətə maraq yaradan videoçarxda “İdman sizin üçün nə deməkdir?”, “İdman günü haqqında fikirləriniz?” suallarına verilən cavablar maraq doğurur.