CƏMİYYƏT


Masazırda yaşadığı evdə tiryəkxana təşkil edən qadın narkotacir saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Masazır qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanlılıb. Əməliyyat zamanı qəsəbə ərazisində yaşayan Dünya Qasımova tutulub. Onun əlində olan çantaya və yaşadığı evə baxış zamanı 1 kiloqram 27 qram nakotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs Masazır qəsəbəsindəki evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Orada Dünya Qasımova narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.