Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Goranboyda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

04.03.2022 [11:54]

Xəbərin mətni

Goranboy Suvarma Sistemləri İdarəsi rayonun 66500 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Ötən il əkin sahələrinin suvarılması tam olaraq həyata keçirilib. Bu sahələrin 3000 hektarı pambıq, 24500 hektarı taxıl, 15200 hektarı yem bitkiləri, 8500 hektarı həyətyanı, bostan, çoxillik bağ, günəbaxan, qarğıdalı, çuğundur və tütün plantasiyaları olub.