İQTİSADİYYAT


Bakı Metropolitenində ən mühüm yarımstansiyalardan biri yenidən qurulub

Bakı metropoliteninin fəaliyyətində əsas sahələrdən sayılan elektrik təchizatı sistemində son illərin ən mühüm layihələrindən biri də uğurla reallaşıb. Qatarların hərəkətinin təşkilində əhəmiyyətli rol oynayan yarımstansiyalardan biri tamamilə yenidən qurularaq ən müasir standartlar səviyyəsinə çatdırılıb. Yenidənqurma prosesinin başa çatdırıldığı daha bir yarımstansiya “Gənclik-Qara Qarayev” sahəsi boyunca hərəkət edən qatarları dartı elektrik gücü ilə təmin edir. Təmir müddətində Qırmızı xəttin qeyd edilən sahəsində qatarların fasiləsiz və etibarlı hərəkətini təmin etmək üçün bütün ehtiyat tədbirləri görülüb.