CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 21 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 3 kiloqram narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib.