CƏMİYYƏT


Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq istəyən namizədlərin qəbulu prosesi ilə tanışlıq məqsədilə mediatur təşkil edilib

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müddətdən artıq hərbi qulluqçu olmaq istəyən şəxslərin qəbulu prosesinin mətbuat nümayəndələri tərəfindən işıqlandırılması məqsədilə martın 5-də media tur təşkil edilib.
Mediatur zamanı bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən etibarən qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edirlər. Qəbul prosesi martın 19-dək davam edəcək.