İQTİSADİYYAT


“Aqroservis” Xaçmaz Texnika Satış Mərkəzində “Açıq qapı sərgi-satış yarmarkası” keçirib

“Aqroservis” ASC fermerlərin texnika alışına olan əlçatanlığını təmin etmək, məsafə, vaxt itkisi və əlavə məsrəflərin qarşısının alınması məqsədilə Xaçmaz Regional Nümayəndəliyində texnika satışına başlayıb. Buna kimi Səhmdar Cəmiyyətin yalnız 3 yerdə Şirvan, Ucar rayonlarında və Gəncə şəhərində texnika satış mərkəzi fəaliyyət göstərirdi. Ölkənin şimal rayonları xüsusilə, kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə məşğulluğun daha çox olduğu şimal bölgəsində fermerlər artıq uzaq məsafə və zaman itkisi yaşamadan “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində istənilən növ müasir, innovativ texnika və avadanlığı əldə edə biləcəklər.