Biləsuvarda pambıq şum işləri yekunlaşır
06.03.2022 [13:58]
Xəbərin mətni
Biləsuvarlı pambıqçılar 2022-ci təsərrüfat ilinə daha erkən başlayıblar. Bu günədək 5 min 200 hektara yaxın sahədə qış şumu başa çatdırılıb. Yaz-tarla işlərinə hazırlıq görülür.AZƏRTAC xəbər verir ki, biləsuvarlı fermerlər builki mövsümə daha əzmlə başlayıblar. Onların sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur.