CƏMİYYƏT


Narkotik satan və xəstəxanalarda həkimlərin çantalarını oğurlayan şəxslər saxlanılıblar

Bakıda narkotiklərin satışını həyata keçirən və özəl tibb müəssisələrində həkimlərin çantalarını oğurlayan şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Rəşad Bağırov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın narkotik vasitə olan heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.