CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Elməddin Bədəlovun xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Elməddin Bədəlovun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin əziz xatirəsinin anıldığı toplantıda ailəsi ilə bərabər Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər, l-ll Qarabağ müharibəsi qaziləri və Kərimbəyli kəndinin sakinləri iştirak edib. Öncə canını Vətən uğrunda fəda edən şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edənlər Elməddinin Vətənə olan sevgisindən və keçdiyi döyüş yolundan danışıb.