CƏMİYYƏT


Ay Yel baba, Yel baba, saman sənin, dən mənim... Yel çərşənbəsində İsmayıllıdan reportaj

Bu gün ölkəmizdə Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd edilir. Yazın gəlişi ilə təbiət oyanır, həyat canlanır. Xalqımızın ən qədin bayramlarından olan Novruzun bu fəsildə qeyd olunması təsadüfi deyil. Baharın gəlişindən bizi ilk xəbərdar edən məhz çərşənbələrdir. Bu çərşənbələrin sayı dörd olsa da, deyimlərə görə, 7 çərşənbə var. Bunlardan üçü Oğru, dördü isə Doğru çərşənbədir. Oğru çərşənbələr həm də yalançı çərşənbə adlanır.AZƏRTAC-ın müxbirinin İsmayıllı rayonundan Yel çərşənbəsinə həsr olunmuş reportajını təqdim edirik.