Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabundan güllər düzəldən qadın: Əl işlərimin əksəriyyətini hədiyyə edirəm

08.03.2022 [12:54]

AZƏRTAC-ın “İşgüzar xanımlar” layihəsinin qonağı məşğul olduğu nadir sənət növü ilə xanımlarımıza sevinc bəxş edən Viola Məlikovadır. Zövqlə, məharətlə, al-əlvan rənglərin düzgün seçimi ilə hazırladığı gül dəstələri və suvenirlər göz oxşayır. Qeyri adiliyi ilə diqqət çəkən bu əl işlərinin hazırlanmasında istifadə olunan əsas xammal isə sabundur.