İQTİSADİYYAT


Oğuzda yeni suvarma mövsümünə hazırlıq işləri görülür, dağ çaylarında daş-beton bəndlər qurulur

Oğuz rayonunda növbəti suvarma mövsümünə hazırlıq işləri davam edir. Rayonun 24 kəndində 10650 hektardan artıq suvarılan torpaq sahələrinə xidmət edən Oğuz Suvarma Sistemləri İdarəsi balansında olan torpaq məcralı kanallarda lildən təmizləmə və kanalların beton üzlüyə alınmasını həyata keçirir. Əkin sahələrinin suvarılması üçün 570 kilometr kanal və arxlardan istifadə olunur. Həmin kanal və arxların 112 kilometri birinci dərəcəli, 460 kilometri isə ikinci dərəcəli arxlardır. Kanal və arxların 90 faizi torpaq məcralıdır. Əsas su mənbəyi yağış, qar suları və yeraltı sulardır.