ELM VƏ TƏHSİL


İşğaldan azad edilmiş Ağdam şəhərində 960 şagird yerlik məktəb binası tikilir

İşğaldan azad edilmiş Ağdam şəhərində 1 nömrəli məktəb üçün 960 şagird yerlik binanın tikintisi sürətlə davam etdirilir.
Tikintidə sahə rəisi Samir Pirmətov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəbin inşasına ötən ilin dekabrında başlanılıb. İki hektar ərazidə inşa edilən üçmərtəbəli məktəb binası üç blokdan ibarət olacaq. Məktəb binasında 40 sinif otağı, laboratoriya və fənn kabinələri, akt və idman zalları, kitabxana, yeməkxana, muzey, xidməti otaqlar yaradılacaq.