CƏMİYYƏT
Narkotiklərin satışını həyata keçirən və evində tiryəkxana təşkil edən 5 nəfər saxlanılıb
09.03.2022 [14:12]
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin 20 və 21-ci Polis Bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Qadir Nəsibovun üzərindən, eləcə də yaşadığı evdən 5 kiloqram 120 qram heroin, Orxan Hacıbabayev, Tərlan Ələkbərov, Hacıməmməd Məmmədov və Pərviz Kərimovdan isə 2 kiloqram müxtəlif xassəli narkotik vasitələr aşkar olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
26.05.2022 [21:27]
26.05.2022 [20:57]
26.05.2022 [20:50]
26.05.2022 [18:43]
24.05.2022 [18:07]
25.05.2022 [14:48]
25.05.2022 [10:04]
25.05.2022 [17:31]
16.05.2022 [18:57]
26.05.2022 [19:49]
25.05.2022 [19:57]
25.05.2022 [10:36]
27.05.2022 [08:15]