CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Elvin İsmayılovun xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Elvin İsmayılovun xatirəsi anılıb. Beyləqanda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Elvin İsmayılovun doğum günü onun məzarı önündə qeyd edilib. Anım mərasimində şəhidin ailəsi ilə birlikdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.