Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq

09.03.2022 [18:29]

Azərbaycanda martın 10-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.