CƏMİYYƏT


Qala qəsəbəsində 220 metr telefon-rabitə xəttini oğurlayan şəxs saxlanılıb

Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon-rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb. Müvafiq qurumdan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edilərək ümumilikdə 220 metr naqilin oğurlandığı barədə məlumat verilib. Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı telefon-rabitə xəttini oğurlanmaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.