CƏMİYYƏT


Qusarda quldurluq edən şəxslər həbs ediliblər

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində quldurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, quldurluq etməklə zərərçəkmişə ümumilikdə 2000 ABŞ dolları və 190 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zərbəli Çigəliyev və Şirvan şəhər sakini Xəqani Günəşov saxlanılıblar. Həmin şəxslərin zərərçəkmişə məxsus evə gizlin daxil olaraq hədə-qorxu gəlməklə quldurluq etmələri müəyyən olunub.