Gəncənin 100 yaşlı sakini: Yüz il yaşamaq insanın öz əlindədir
10.03.2022 [16:14]
Xəbərin mətni
Gəncənin 100 yaşlı sakini Tofiq Hüseynov deyir ki, yüz il yaşamaq insanın öz əlindədir. O, uzunömürlülüyünün sirlərindən danışarkən nələrə diqqət edilməli olduğunu açıqlayıb.AZƏRTAC-ın bölgə müxbiri Tofiq Hüseynovla görüşündə onun keçdiyi döyüş yolu, bir əsrə bərabər xatirələri və uzunömürlülüyünün sirri ilə maraqlanıb.