Azərbaycanda martın 11-nə gözlənilən hava proqnozu açıqlanıb
10.03.2022 [16:20]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Martın 11-dən 12-nə keçən gecə bəzi ərazilərdə qısa müddət ərzində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.