CƏMİYYƏT


Azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitələr satan şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəllər də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Reza Dolatabadi tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı külli miqdarda - 13 qram narkotik vasitə tiryək və 10 qram psixotrop maddə metamfetamin aşkar edilib. Həmçinin saxlanılan şəxsin mənzilindən metamfetamin qəbul etrmək üçün nəzərdə tutulan kustar üsulla hazırlanan avadanlıqlar da aşkar olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, Reza Dolatabadi narkotik vasitələrin paytaxt ərazisində satışı ilə məşğul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır