CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Vüqar Zamanovun xatirəsi yad olunub

Vətən müharibəsi şəhidi Vüqar Zamanovun xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin əziz xatirəsinin anıldığı toplantıda ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər, l və II Qarabağ müharibələri qaziləri və Horadiz şəhər sakinləri iştirak ediblər. Öncə canını Vətən uğrunda fəda edən şəhidlərin xatirəsi sükutla anılıb. Məktəblilər Vətənə və qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər. Toplantıda çıxış edənlər Vüqarın Vətənə olan sevgisindən və keçdiyi döyüş yolundan danışıb.