SİYASƏT


Yaponiyalı yutuber ümummilli lider Heydər Əliyev haqqında xüsusi yayım edib

Yaponiyalı tanınmış yutuber Kazuyasu İşida özünün “Cross Border Club 3.0” yutub kanalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında xüsusi yayım edib.
AZƏRTAC xəbər verir ki, ötən ay Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycana səfər edən K.İşida Bakının mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsi qarşısında çəkilişlər edərək, onun xalqımızın həyatında oynadığı mühüm rol barədə ətraflı məlumat verib.