CƏMİYYƏT


Aynur Sabitova: Heydər Əliyevin humanizminin nəticəsi olaraq Azərbaycan Şərqdə ölüm hökmünü ilk ləğv edən ölkə kimi tarixə düşüb

Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil dövlətçilik tariximiz çoxsaylı xoşməramlı addımlarla, hər kəsin rəğbətini qazanan humanizm nümunələri ilə zəngindir. Ölkədə insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda, cinayət törədən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımların miqyası çox böyükdür. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib.