Ədliyyə Nazirliyi: Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı ilə bağlı monitorinq qrupuna 15 şikayət daxil olub
11.03.2022 [15:19]
Xəbərin mətni
“8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə daxil olmuş şikayətlərin araşdırılması üçün 2021-ci il 5 noyabr tarixli əmrlə monitorinq qrupu yaradılıb. Ötən müddətdə 15 belə şikayət daxil olub. Onlardan 14-ü araşdırılıb və 19 məhkum barəsində Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilib.