Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilanda silah-sursat aşkarlanıb

11.03.2022 [15:42]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat aşkar olunub. Tapılan 1 avtomat, 1 “Faqot”, 13 müxtəlif növ qumbara, 25 müxtəlif növ mərmi, 20 avtomat darağı, 4752 müxtəlif çaplı patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.