CƏMİYYƏT


Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb

Qanunsuz əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölməyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Aleksandr Qorbunovda silah olması və onu satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs əməliyyat nəticəsində tutularaq polis bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən atəş üçün yararlı “Beretta” markalı tapança, həmin silaha məxsus daraq və dörd patron aşkar edilərək götürülüb.