CƏMİYYƏT


Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb.AZƏRTAC xəbər verir ki, qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq yardım təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.Humanitar yardımın yola salınması mərasimində Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə müsahibə verib.