Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Qismət Qasımov

12.03.2022 [15:38]

Xəbərin mətni

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan övladlarımızdan biri də Göyçay rayonunun Şıxbəy kəndində anadan olan Qismət Yolçu oğlu Qasımovdur.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi başlayanda Qismətin 27 yaşı olub. Ürəyindəki arzuları çox olsa da, ən böyük arzusunu həyata keçirmək üçün silaha sarılaraq döyüşlərə qatılmağa qərar verib.