CƏMİYYƏT


Cəlilabadda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun Sərhədabad kəndindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayonu Şabanlı kənd sakini, sürücü Saleh Məlikov “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn Xudaş Rəhimovun idarə etdiyi minik maşını ilə toqquşub.
Qəza zamanı “VAZ 2107”-nin sürücüsü də daxil olmaqla, sərnişinlər - Şabanlı kənd sakinləri Eçin Kərimov, Şura İmanova, Gültəkin Şahbazova, Gülnarə Kərimova aldıqlar xəsarətlərdən hadisə yerində ölüblər.